Bank Of Baku

MDB ölkələri baş prokurorlarının Koordinasiya Şurasının iclasında 8 məsələ müzakirə olunub

MDB ölkələri baş prokurorlarının Koordinasiya Şurasının iclasında 8 məsələ müzakirə olunub
# 17 iyul 2008 13:41 (UTC +04:00)
Tiflis APA. Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində MDB ölkələri baş prokurorlarının Koordinasiya Şurasının iclası keçirilib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Baş Prokurorluğunun nümayəndəsi Anatoli Makarov iclasda insan alverinə, mütəşəkkil cinayətkarlığa, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə də daxil olmaqla, 8 məsələnin müzakirə olunduğunu deyib: “Bizim problemlərimiz də, düşmənlərimiz də eynidir cinayətkarlıq və qanun pozuntuları. Ona görə də yığıncaqda qəbul olunmuş qərarlar böyük əhəmiyyətə malikdir”. Gürcüstan baş prokurorunun müavini Kaxa Koberidze də bildirib ki, birgə səylər olmadan cinayət aləminə qarşı effektiv mübarizə aparmaq mümkün deyil.
Qeyd edək ki, toplantıda Özbəkistan və Türkmənistan istisna olmaqla, bütün MDB ölkələrinin nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR