Bank Of Baku

Minskdə MDB alimlərinin toplantısı keçirilib

Minskdə MDB alimlərinin toplantısı keçirilib
# 17 iyul 2008 14:28 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşkilatçılığı ilə MDB alimlərinin toplantısı keçirilib.
Toplantıda Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun direktor müavini, akademik İbrahim Quliyev və palçıq vulkanizmi şöbəsinin rəhbəri, elmlər doktoru Adil Əliyev də iştirak ediblər. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə MDB məkanında elmi əlaqələrin səviyyəsinin ürəkaçan olmadığı vurğulanıb. İştirakçılar təşkilati-hüquqi məsələlər, intellektual mülkiyyət hüquqlarının müdafiəsi, birgə layihələrin maliyyələşdirilməsi ilə bağlı ümumi razılığa gəliblər. Yığıncaqda fundamental elmi tədqiqatlar sahəsində əməkdaşlıq üzrə Şura təsis olunub və onun əlaqələndirici təşkilat kimi fəaliyyət göstərməsi zəruri sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR