Bank Of Baku

Rusiya hərbi birləşmələri Gürcüstan sərhədində təlimlərə başlayıb

Rusiya hərbi birləşmələri Gürcüstan sərhədində təlimlərə başlayıb
# 18 iyul 2008 11:58 (UTC +04:00)
Gürcüstan-APA. Rusiya quru qoşunlarının komandanının köməkçisi polkovnik İqor Konaşenkov “Qafqaz-2008” təlimləri çərçivəsində iki desant bölüyünün Gürcüstan sərhədindəki dağlıq aşırımda mövqe tutduğunu bildirib. APA-nın məlumatına görə, desant bölükləri Roksk və Mamison aşırımlarında təlim keçirlər. Rusiya hərbi dairələri təlimlərin gürcü-abxaz münaqişəsi ilə heç bir əlaqəsi olmadığını bəyan ediblər. Təlimlərə cəlb olunan Rusiya qoşun birlikləri hazırda dağ şəraitində şərti düşməni zərərsizləşdirmək üsullarını öyrənirlər. Təlim proqramına uyğun olaraq sabahdan etibarən desant bölüklərinin terrorçu birləşmələrə qarşı mübarizədə iştirakı metodları sınaqdan keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR