Bank Of Baku

Nikolay Bordyuja: “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi dövründə iri problemlərin həllini planlaşdırır”

Nikolay Bordyuja: “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi dövründə iri problemlərin həllini planlaşdırır”
# 21 iyul 2008 10:00 (UTC +04:00)
İrəvan APA. Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın Ermənistana səfəri başlayır. APA-nın məlumatına görə, səfər zamanı Ermənistanın təşkilata sədrliyi dövründə görüləcək işlər əsas müzakirə mövzusu olacaq. N. Bordyuja qurumun rəhbər orqanlarının avqust-sentyabr aylarına planlaşdırılan toplantılarının nəticələri əsasında sədrliyin Ermənistana keçəcəyini deyib: “Ermənistanın sədrliyi dövründə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində həllini planlaşdırdığı iri problemlərin müzakirəsinə ehtiyac var”. N. Bordyuja İrəvanda Ermənistanın prezidenti, xarici işlər, fövqəladə hallar, polis nazirləri, Milli Təhlükəsizlik Şurasının katibi və parlamentin sədri ilə görüşəcək.
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR