Bank Of Baku

Serj Sarkisyan erməni və türk diplomatları arasındakı təmasları təsdiqləyib

Serj Sarkisyan erməni və türk diplomatları arasındakı təmasları təsdiqləyib
# 21 iyul 2008 14:35 (UTC +04:00)
İrəvan APA. Ermənistan prezidenti Serj Sarkisyan erməni və türk diplomatları arasındakı təmaslarla bağlı xəbərləri təsdiqləyib. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, S. Sarkisyan bu faktın qeyri-adi olmadığını, belə təmasların həmişə gerçəkləşdiyini deyib. S. Sarkisyan bildirib ki, Türkiyə prezidenti Abdulla Gül onun dəvətini qəbul edərək iki ölkə milli futbol komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, qarşılıqlı münasibətlərin qurulmasına stimul verəcək. Ermənistanda bəzi qüvvələrin A. Gülün səfərinə qarşı etiraz aksiyaları keçirə biləcəyinə dair söz-söhbətləri şərh edən S. Sarkisyan belə qüvvələrin hər iki ölkədə olduğunu söyləyib: “Bu, o demək deyil ki, biz mövcud problemlərin həlli üçün heç nə etməməliyik”. Ermənistan prezidenti əmindir ki, münasibətlərin normallaşmasını istəyənlərin sayı bunun əleyhdarlarından çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR