Bank Of Baku

Moldova prezidenti GUAM-ın sülhməramlı kontingentinin yaradılmasını məqsədəuyğun saymır

Moldova prezidenti GUAM-ın sülhməramlı kontingentinin yaradılmasını məqsədəuyğun saymır
# 23 iyul 2008 13:59 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA. “GUAM-ın sülhməramlı qoşunların yaradılmasını məqsədəuyğun hesab etmirəm”. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Moldova prezidenti Vladimir Voronin Kişinyovda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, GUAM hərbi məsələlərdən kənar bir qurumdur: “GUAM-da müzakirəyə çıxarılan əsas mövzular siyasi xarakterli məsələlərdir. Moldovanı GUAM-da iqtisadi və regional proqramların həyata keçirilməsi maraqlandırır”. V. Voronin heç vaxt GUAM-dan çıxmaq haqqında söz işlətmədiyini də söyləyib: “Biz öz milli maraqlarımızdan çıxış edərək bu beynəlxalq təşkilatda təmsil olunmağa davam edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR