Bank Of Baku

Ermənistan parlamenti Türkiyə ilə münasibətlərə dair bəyanat verəcək

Ermənistan parlamenti Türkiyə ilə münasibətlərə dair bəyanat verəcək
# 23 iyul 2008 14:47 (UTC +04:00)
İrəvan APA. Ermənistan parlamenti Türkiyə ilə münasibətlərə dair bəyanat hazırlayır. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Daşnaksutyun Erməni İnqilabi Federasiyasının nümayəndəsi Armen Rustamyan deyib. O, erməni-türk münasibətlərini elan olunmamış münaqişə kimi qiymətləndirdiklərini bildirib: “Ona görə də münasibətlərin tənzimlənməsi formalarını özümüz üçün razılaşdırmalıyıq. Bu, elə məsələ deyil ki, müxtəlif mövqelər səslənsin. Parlamentin bəyanatı vahid mövqe formalaşdırılmasına səbəb olacaq”. A. Rustamyan rəsmi Ankaranın Ermənistanla münasibətlərin normal olduğu haqda illüziya yaratmasının yolverilməz olduğunu da vurğulayıb: “Türkiyə dünyada elə təsəvvür yaratmağa çalışır ki, guya onlar Ermənistanla münasibət qurmağın tərəfdarıdır. Halbuki bunun üçün irəli sürdükləri şərtlərdən imtina etməyiblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR