Bank Of Baku

Gürcüstan Şida Kartli regionunun sabiq qubernatoru Fransadan siyasi sığınacaq istəyib

Gürcüstan Şida Kartli regionunun sabiq qubernatoru Fransadan siyasi sığınacaq istəyib
# 24 iyul 2008 09:20 (UTC +04:00)
Tiflis – APA. Gürcüstann Şida Kartli regionunun sabiq qubernatoru Mixail Kareli Fransadan siyasi sığınacaq istəyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu müxalifətdəki “Vahid Gürcüstan Uğrunda” Partiyasının nümayəndəsi Teona Tlaşadze deyib. O bildirib ki, M. Kareli Fransada yaşayan yaxın dostu, keçmiş müdafiə naziri İrakli Okruaşvilinin yanına gedib və Fransa hüquq-mühafizə orqanlarına təslim olaraq siyasi sığınacaq istəyib.
Qeyd edək ki, 2007-ci ildə vəzifə səlahiyyətlərinin aşma ittihamı ilə həbs olunan M. Kareli 200 min dolla girov müqabilində sərbəst buraxılıb. Ancaq sonradan o, məhkəməyə gəlməyib və barəsində beynəlxalq axtarış elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR