Bank Of Baku

Konstantin Zatulin Ukraynaya buraxılmayıb

Konstantin Zatulin Ukraynaya buraxılmayıb
# 25 iyul 2008 11:39 (UTC +04:00)
Kiyev – APA. Rusiya Dövlət Dumasının MDB işləri və soydaşlarla əlaqə komitəsinin sədr müavini Konstantin Zatulin Ukraynaya buraxılmayıb. APA-nın Ukrayna və Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hər il Rusiya Hərbi Dəniz Donanması Günü ilə bağlı Krımda keçirilən tennis turnirinə qatılmaq məqsədilə bir qrup deputatla birlikdə iyulun 24-də yerli vaxtla saat 21.00-da Ukraynanın Simferopol şəhərinə gələn K. Zatulin hava limanında saxlanılıb. Ukrayna Təhlükəsizlik Xidmətinin təlimatı ilə Dövlət Sərhəd Xidmətinin əməkdaşları rusiyalı siyasətçini ölkə ərazisinə buraxmayıblar. K. Zatulinin xarici pasportuna onun 1 il ərzində Ukraynaya girişinin qadağan olunduğuna dair möhür vurulub. Deputat gecəni hava limanında keçirib. Ukrayna Təhlükəsizlik Xidməti Kiyev Rus Dövlətinin xristianlığı qəbul etməsinin 1020-ci ildönümü ərəfəsində ölkədə sabitliyi pozmaq cəhdinə görə K. Zatulin haqqında cinayət işi qaldırıb. Ukraynanın Rusiyadakı səfiri Konstantin Qrişşenko hadisə ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR