Bank Of Baku

Metyu Brayza Abxaziyaya gedib

Metyu Brayza Abxaziyaya gedib
# 25 iyul 2008 11:55 (UTC +04:00)
Tiflis – APA. ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza Gürcüstanda səfərdədir. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, M. Brayza ABŞ-ın Gürcüstandakı səfiri Con Tefftlə birlikdə Abxaziyaya gedərək Almaniyanın irəli sürdüyü sülh planını separatçı bölgənin faktiki rəhbərliyi ilə müzakirə edəcək. Almaniyanın Gürcüstandakı səfiri Patrisiya Flor da sonradan onlara qoşulacaq. M. Brayza ümid etdiyini bildirib ki, onlar abxazları gələn həftə Berlində keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirak etməyə razı sala biləcəklər: “Ən başlıcası odur ki, biz Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik. Amma abxazların siyasi, iqtisadi və fiziki planda özlərini təhlükəsiz hiss etmələri də vacibdir”.
Qeyd edək ki, Almaniyanın hazırladığı təkliflərin detalları rəsmi olaraq açıqlanmayıb. Almaniya mətbuatının yazdığına görə, planın birinci mərhələsində gürcü və abxazlar arasında etimadın bərpasına dair tədbirlərin keçirilməsi, güc tətbiq etməmək və gürcü qaçqınların öz daimi yaşayış yerlərinə qayıtması ilə bağlı sazişin imzalanması nəzərdə tutulur. İkinci mərhələdə Almaniya hökumətinin donor ölkələrdən toplayacağı ianələrin hesabına bərpa işlərinin başlanması, üçüncü mərhələdə isə Abxaziyanın siyasi statusunun müəyyənləşdirilməsi məsələləri əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR