Bank Of Baku

Dağıstanda əhalidəki qanunsuz silahların yığılması üçün 30 milyon rubl ayrılıb

Dağıstanda əhalidəki qanunsuz silahların yığılması üçün 30 milyon rubl ayrılıb
# 28 iyul 2008 08:18 (UTC +04:00)
Mahaçqala. İslam Kərimov – APA. Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) "Orujiye" əməliyyatını davam etdirir. Bu ilin yazından başlayan əməliyyatın keçirilməsində məqsəd əhalidəki qanunsuz silahların yığılmasıdır. Respublika DİN-dən APA-nın Dağıstan bürosuna verilən məlumata görə, əməliyyatın həyata keçirilməsi üçün respublika büdcəsindən 30 milyon rubl vəsait ayrılıb. Müxtəlif növ qanunsuz silahlara görə məbləğlər müəyyənləşdirilib. Məsələn, 1 ədəd qanunsuz avtomat silah təhvil verən şəxsə 8 min rubl, pulemyot verən şəxsə 9 min rubl, tapançaya görə isə 6 min rubl vəsait ödənilir. Əməliyyatda Maliyyə Nazirliyinin əməkdaşları da iştirak edirlər. Tədbirin bu ilin oktyabrınadək davam edəcəyi bildirilir. Hələlik ayrılan vəsaitin cəmi 6 milyon rublu xərclənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR