Bank Of Baku

Sergey Kislyak Rusiyanın ABŞ-dakı səfiri təyin olunub

Sergey Kislyak Rusiyanın ABŞ-dakı səfiri təyin olunub
# 29 iyul 2008 09:56 (UTC +04:00)
Moskva – APA. Rusiya xarici işlər nazirinin müavini Sergey Kislyak bu ölkənin ABŞ-dakı səfiri vəzifəsinə təyin olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, prezident Dmitri Medvedev S. Kislyakın Rusiya Federasiyasının ABŞ-dakı səfiri və Amerika Dövlətləri Təşkilatındakı daimi müşahidəçisi təyin olunması haqqında fərman imzalayıb. Dövlət başçısının digər fərmanı ilə Yuri Uşakov Rusiya Federasiyasının ABŞ-dakı səfiri və Amerika Dövlətləri Təşkilatındakı daimi müşahidəçisi vəzifəsindən azad edilib. Y. Uşakova hökumət aparatında vəzifə veriləcəyi və onun Nazirlər Kabinetinin beynəlxalq fəaliyyətini tənzimləyəcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR