Bank Of Baku

Moskvada iki inkassator öldürülüb

Moskvada iki inkassator öldürülüb
# 29 iyul 2008 10:31 (UTC +04:00)
Moskva – APA. Rusiyanın paytaxtı Moskva şəhərinin qərb hissəsində, Lenin prospekti, ev 94 ünvanında yerləşən bank şöbəsinin yaxınlığında inkassator maşınına hücum olub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, kamuflyajda olan, avtomatla silahlanmış maskalı şəxslər avtomobildən düşərək inkassatorları atəşə tutublar. Nəticədə 2 nəfər öldürülüb, yaralanan bir inkassator isə maşının qapılarını kilidləyərək özünü qoruya bilib. Atışma zamanı yoldan keçən 3 nəfər yaralanıb. İnkassatorların cavab atəşi ilə yaralanmış basqınçılardan biri isti izlərlə yaxalanıb. İnkassator maşını Əmanət Bankının şöbələrindən birinə məxsus olub. Bank 2 inkassatorunun öldürüldüyünü təsdiqləyib. “Volvo” avtomobili ilə qaçan basqınçılar cəmi 1000 avro pul oğurlamağa nail olublar. Avtomobil bir qədər sonra Lobaçevsk küçəsində tapılıb. Maraqlıdır ki, cinayətkarlar oğurladıqları pulu da maşında qoyaraq aradan çıxıblar. Canilərin yaxalanması üçün “Vulkan” adlı əməliyyat başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR