Bank Of Baku

İqtisadi inkişaf nazirinin müavini həbs edilib

İqtisadi inkişaf nazirinin müavini həbs edilib
# 30 iyul 2008 13:33 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan iqtisadi inkişaf nazirinin müavini Beka Okrostsvaridze və nazirliyin özəlləşdirmə idarəsinin rəis müavini Laşa Moistsrapişvili həbs olunublar. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, hər iki şəxs rüşvət almaq ittihamı ilə Daxili İşlər Nazirliyinin Konstitusiya təhlükəsizliyi departamentinin əməkdaşları tərəfindən saxlanılıb. Bu şəxslərə 300 min dollar rüşvət verən Tamaz Maçaladze və daha iki şəxs də yaxalanıb. T. Maçaladze adı çəkilən dövlət məmurları ilə cinayət əlaqəsinə girərək Rustavi-Tiflis yolunun 17-ci kilometrliyində yerləşən dövlətə məxsus torpaq sahəsini və orada mövcud olan tikilini real dəyərindən ucuz qiymətə almaq istəyirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR