Bank Of Baku

Jurnalisti qətlə yetirənlərə hökm oxunub

Jurnalisti qətlə yetirənlərə hökm oxunub
# 30 iyul 2008 13:52 (UTC +04:00)
Düşənbə - APA. Tacikistan Ali Məhkəməsi Rusiya jurnalisti İlyas Şurpayevin qətlində günahkar bilinən Masrurcon Yatimov və Nəcməddin Mühiddinovu əmlakları müsadirə olunmaqla və cəzalarını ciddi rejimli islah əmək müəssisəsində çəkməklə 21 il müddətinə azadlıqdan məhrum edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hökmü oxuyan hakim Şöhrət Əzimov cinayətin qabaqcadan planlaşdırıldığını və tamah məqsədilə törədildiyini bildirib.
Xatırladaq ki, İ. Şurpayev martın 21-nə keçən gecə Moskvadakı mənzilində qətlə yetirilib. Məhkəmə-tibb ekspertizası onun boğularaq öldürüldüyü haqda rəy verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR