Bank Of Baku

Gürcü-osetin münaqişə zonasında güclü atışma olub, xeyli ölən və yaralanan var

Gürcü-osetin münaqişə zonasında güclü atışma olub, xeyli ölən və yaralanan var
# 02 avqust 2008 09:30 (UTC +04:00)
Tiflis - APA. Avqustun 1-də Moskva vaxtı ilə saat 18.00 radələrində Gürcüstan Silahlı Qüvvələri ilə Cənubi Osetiya separatçıları arasında şiddətli atışma başlayıb. APA-nın məlumatına görə, separatçı rejim təmsilçiləri atışma nəticəsində Cənubi Osetiya tərəfdən 6 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı barədə açıqlama yayıblar. Ölən və yaralananlar Sxinvali və Satikar kəndlərinin sakinləridir. Onların adları da artıq açıqlanıb. Separatçılar ölən və yaralananların snayperlərin qurbanı olduğunu, bundan başqa, gürcü tərəfinin Sxinvalini minomyotlardan atəşə tutduğunu bildiriblər. Məlumatlarda o da qeyd olunur ki, gecə bir qədər səngiyən atışma bu gün səhər saatlarından yenidən davam edib.
Rəsmi Tiflis isə separatçıların atəşin Gürcüstan tərəfindən başlanması barədə xəbərini təkzib edib. Gürcüstan XİN-in nümayəndəsi Şota Utiaşvili ilk olaraq separatçıların atəş açmağa başladığını bildirərək, Gürcüstan Daxili İşlər Nazirliyinin Sxinvalidəki bütün postlarının intensiv atəşə məruz qaldığını deyib. O, gürcü hərbçilərinin cavab atəşi açmaq məcburiyyətində qaldıqlarını söyləyib, atəşin snayper və minomyotlardan açılması barədə məlumatları isə cəfəngiyyat adlandırıb.
Gürcüstan tərəfi atışma nəticəsində 4 gürcü hərbçinin yaralandığı barədə də açıqlama yayıb. Onu da əlavə edək ki, münaqişə zonasında yerləşən qarışıq sülhyaratma missiyası atəşin dayandırılması ilə bağlı tərəflərlə danışıq aparsa da, nəticəsi olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR