Bank Of Baku

Mariya Yovanoviçin ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə təyinatı ilə bağlı prosedur yekunlaşıb

Mariya Yovanoviçin ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə təyinatı ilə bağlı prosedur yekunlaşıb
# 04 avqust 2008 15:12 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ Senatı Mariya Yovanoviçin ölkənin Ermənistandakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, M. Yovanoviçin namizədliyi Senatın avqustun 1-də keçirilən yığıncağında müzakirə olunaraq bəyənilib.
Qeyd edək ki, prezident Corc Buş bu ilin martında ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə M. Yovanoviçin namizədliyini irəli sürüb. Bu namizəd erməni lobbisi tərəfindən birmənalı qarşılanmayıb. Çünki diplomat Senatın Xarici Əlaqələr Komitəsindəki çıxışında 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri soyqırım adlandırmayıb. M. Yovanoviç 2005-ci ilin iyulundan indiyə qədər Qırğızıstanda səfir olub. Rus və fransız dillərini bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR