Bank Of Baku

Bişkekdə ABŞ vətəndaşlarının yaşadığı evdə silah anbarı aşkarlanıb

Bişkekdə ABŞ vətəndaşlarının yaşadığı evdə silah anbarı aşkarlanıb
# 05 avqust 2008 09:29 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstan hüquq-mühafizə orqanları Amerika vətəndaşlarının Bişkekdə kirayədə yaşadığı evdən külli miqdarda silah-sursat aşkar edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, “Arsenal” şərti adı altında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 66 yaşlı Qırğızıstan sakininə məxsus olan, ABŞ vətəndaşlarının kirayədə yaşadığı evdən 6 ədəd iriçaplı pulemyot, 26 ədəd 5,56 mm çaplı avtomat, 12 mm çaplı “Movseqa” markalı 2 vinçester, iriçaplı pulemyot üçün 4 ehtiyat lülə, 2 ədəd lüləaltı qumbaraatan, 4 ədəd optik cihazlı snayper, “Beretta” markalı 6 ədəd 9 mm-lik tapança, 1 tüfəng, iki bıçaq, 5,56 mm çaplı 2920 güllə, 9 mm çaplı 10556 güllə, hər birində 350 ədəd olmaqla, 50 mm çaplı iki güllə yeşiyi, 12 mm çaplı 478 ədəd güllə, 1000 ədəd işıqsaçan güllə, 66 ədəd avtomat xəzinəsi və 57 ədəd “Beretta” tapançası üçün xəzinə tapılıb.
Mətbuat xidmətinin məlumatında o da qeyd olunur ki, axtarış zamanı evdə ABŞ-ın Bişkekdəki səfirliyinin bir neçə əməkdaşı və respublikanın güc strukturlarının əməkdaşlarına treninq keçmək məqsədilə gəldiyi bildirilən 10 ABŞ hərbçisi olub. Hərbçilərin şəxsiyyəti hazırda müəyyənləşdirilir. Faktla bağlı Bişkek prokurorluğunda istintaq başlayıb. Müsadirə olunmuş silah-sursatın kimə məxsus olduğu araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR