Bank Of Baku

Rusiya silah və hərbi texnika ixracından 8,5 milyard dollardan çox pul qazanacaq

Rusiya silah və hərbi texnika ixracından 8,5 milyard dollardan çox pul qazanacaq
# 05 avqust 2008 12:08 (UTC +04:00)
Moskva – APA. 2008-ci ilin yekunlarına əsasən Rusiya silah və hərbi texnika ixracından 8,5 milyard dollardan çox vəsait əldə edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəis müavini Mixail Dmitriyev açıqlayıb. Yerli sifarişlər də nəzərə alınmaqla ümumi sifariş portfeli 33 milyard dollar olacaq. Ancaq Rusiya hərbi sənaye kompleksi istehsal gücünün və mütəxəssislərin azlığı səbəbindən sifarişləri vaxtında çatdıra bilmir. Hazırda Çin, Hindistan, Əlcəzair, Mərakeş, Venesuela və Yaxın Şərq ölkələri Rusiya silahları və hərbi texnikası üçün növbəyə dayanıblar.

Qeyd edək ki, Rusiya ötən il silah ixracından 7,5 milyard dollar qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR