Bank Of Baku

ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri vəzifəsinin icrasına başlamaq üçün sentyabrda İrəvana gələcək

ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri vəzifəsinin icrasına başlamaq üçün sentyabrda İrəvana gələcək
# 05 avqust 2008 12:09 (UTC +04:00)
İrəvan - APA. ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Mariya Yovanoviç (Marie L.Yovanovich) vəzifəsinin icrasına başlamaq üçün sentyabrda İrəvana gələcək.
APA-nın məlumatına görə, namizədliyi avqustun 1-də Senatda təsdiqlənmiş səfirin İrəvana sentyabrda gələcəyi barədə “Novosti Armeniya”ya ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat katibi Taqua Caukyan bildirib.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri postu 2006-cı ilin sentyabrından boşdur. Əvvəlki səfir Con Evans qondarma erməni soyqırımı barədə məsuliyyətsiz bəyanatlar səsləndirdiyinə görə geri çağırılıb.
Yeni təyinatına qədər M. Yovanoviç 2005-2008-ci illərdə ABŞ-ın Qırğızıstandakı səfiri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR