Bank Of Baku

Gürcüstanda hərbi vəziyyət elan oluna bilər, bəzi strateji obyektlər köçürülür

Gürcüstanda hərbi vəziyyət elan oluna bilər, bəzi strateji obyektlər köçürülür
# 09 avqust 2008 07:52 (UTC +04:00)
Prezident Mixail Saakaşvilinin iqamətgahının yerləşdiyi Tiflisin Avlabari rayonundan əhali köçürülür. Gürcüstan Dövlət Dəftərxanasından alınan qeyri-rəsmi informasiyaya əsasən dövlət başçısı ölkədə hərbi vəziyyət elan etməyə hazırlaşır. Mixail Saakaşvilinin bununla bağlı xalqa müraciəti gözlənilir. Gürcüstanın BMT-dəki nümayəndəsi İrakli Alasaniya Rusiyanı iri miqyaslı hərbi təcavüzdə ittiham edib: “Rusiya açıq-aşkar beynəlxalq ictimaiyyəti heçə saydığını nümayiş etdirir. Bu təcavüz Gürcüstanı avroatlantik orientasiyadan çəkindirməyə yönəlib”. İ. Alasaniya Rusiyanı hərbi fəaliyyətə son qoyaraq danışıqlar masasına əyləşməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR