Bank Of Baku

Gürcüstan İraqdakı 1000 sülhməramlı hərbçisini geri çağırıb

Gürcüstan İraqdakı 1000 sülhməramlı hərbçisini geri çağırıb
# 09 avqust 2008 08:04 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan İraqda xidmət edən 1000 sülhməramlı hərbçisini geri çağırıb. APA-nın məlumatına görə, bunu “Reuters”ə açıqlamasında Gürcüstan Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya deyib: “Biz artıq amerikalı dostlarımıza İraqdakı əsgərlərimizin yarısını çıxarmağa hazırlaşdığımızı xəbər verdik. Ona görə ki, ölkəmiz Rusiyanın təcavüzünə məruz qalıb. Onlar bizim ən yaxşı əsgərlərimizdir”. Prezident Mixail Saakaşvili isə CNN-ə müsahibəsində yaranmış vəziyyəti ABŞ prezidenti Corc Buş üçün “həqiqət anı” adlandırıb: “Əgər biz öz ideallarımızın müdafiəsinə qalxmaq, azadlığımız üçün mübarizə aparmaq istəyiriksə, bu, hamımız – həm prezident Buş, həm Amerika, həm də digər Qərb dünyası üçün “həqiqət anı”dır”. M. Saakaşvili C. Buşun Gürcüstanı “azadlıq mayakı” adlandırdığını da xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR