Bank Of Baku

Yaap de Hoop Sxeffer: “NATO Qafqazda birbaşa rol oynaya bilməz”

Yaap de Hoop Sxeffer: “NATO Qafqazda birbaşa rol oynaya bilməz”
# 09 avqust 2008 09:42 (UTC +04:00)
Brüssel – APA. NATO-nun Qafqazda birbaşa rol oynamaq üçün mandatı yoxdur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Cənubi Osetiyada baş verənlərə münasibət bildirən NATO-nun baş katibi Yaap de Hoop Sxeffer deyib. O, həm Rusiya, həm də Gürcüstan rəhbərliyi ilə telefon əlaqəsi yaradaraq alyansın narahatlığını onlara çatdırdığını söyləyib. Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin isə NATO-nun Cənubi Osetiya ilə bağlı “soyuq və neytral” mövqe tutduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR