Bank Of Baku

Litvanın xarici işlər naziri Gürcüstandadır

Litvanın xarici işlər naziri Gürcüstandadır
# 09 avqust 2008 11:49 (UTC +04:00)
Tiflis – APA. “Beynəlxalq ictimaiyyət Gürcüstanın dəstəklənməsi üçün fəal diplomatik kampaniyaya başlayır”. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili litvalı həmkarı Petras Vaytekunasla Tiflisdə keçirdiyi görüşdən sonra deyib. O, P. Vaytekunasın Rusiya aviasiyasının bombaladığı obyektlərə baş çəkəcəyini bildirib. Öz növbəsində qonaq Sovet qoşunlarının Vilnüsə yeridilməsini nəzərdə tutaraq 1991-ci ildə Litvanın da təcavüzə məruz qaldığını və belə vəziyyətdə beynəlxalq dəstəyin nə qədər önəmli olduğunu başa düşdüklərini söyləyib. O, Gürcüstana qarşı təcavüzün simptomlarının göz önündə olduğunu vurğulayaraq bəyan edib ki, bu təcavüzü dayandırmaq beynəlxalq ictimaiyyətin vəzifəsidir: “Gürcüstan tək deyil. Onun dostları və tərəfdaşları var”.
Qeyd edək ki, litvalı nazir bu gün səhər tezdən Tiflisə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR