Bank Of Baku

Gürcüstanda vurulan Rusiya hərbi təyyarələrinin sayı 10-a çatıb

Gürcüstanda vurulan Rusiya hərbi təyyarələrinin sayı 10-a çatıb
# 09 avqust 2008 12:56 (UTC +04:00)
APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, A. Lomaya TŞ-nin iclasındakı çıxışında bu gün günün ikinci yarısında 4 təyyarənin vurulduğunu açıqlayıb: “Bizim Hava Hücumundan Müdafiə sistemləri bütün bu faktları qeydə alıblar. Hərbi əməliyyatlar başa çatdıqdan sonra bütün materiallar nümayiş etdiriləcək”. A. Lomaya ölən rusiyalı pilotlardan birinin meyitinin tapıldığını söyləyib. Prezident Mixail Saakaşvili isə Rusiya tərəfinin yalnız 2 təyyarənin vurulduğunu etiraf etdiyini, bunun da böyük irəliləyiş olduğunu vurğulayıb: “Halbuki son ana qədər onlar ümumiyyətlə, təyyarələrinin vurulduğunu inkar edirdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR