Bank Of Baku

Gürcüstan parlamenti ölkədə 15 gün müddətinə hərbi vəziyyət elan olunmasına dair prezident fərmanını təsdiqləyib

Gürcüstan parlamenti ölkədə 15 gün müddətinə hərbi vəziyyət elan olunmasına dair prezident fərmanını təsdiqləyib
# 09 avqust 2008 13:54 (UTC +04:00)
Xarici işlər nazirinə tapşırılıb ki, BMT-nin baş katibi və Gürcüstanda akkreditə olunmuş bütün diplomatik missiyalar və beynəlxalq təşkilatlar ölkədə hərbi vəziyyətin tətbiq olunduğu barədə məlumatlandırılsın. İclası açan parlamentin sədri David Bakradze Gürcüstanın Rusiya ilə elan edilməmiş müharibə vəziyyətində olduğunu bildirib: “Heç kim 21-ci əsrdə qonşu dövlətə qarşı bu cür açıq təcavüzün həyata keçiriləcəyini gözləmirdi. Ancaq reallıq budur və bizim seçim imkanımız yoxdur. Bizim seçimimiz ölkəni xilas etmək və dövlətimizin gələcəyi naminə ayağa qalxmaqdır. Bu dəqiqələrdə yeni Gürcüstan doğulur və biz hamımız hazırda azad, müstəqil Gürcüstan quraraq özümüz üçün yox, övladlarımızın gələcəyi üçün mübarizə aparırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR