Bank Of Baku

Gürcüstandan Azərbaycana köç başlayıb

Gürcüstandan Azərbaycana köç başlayıb
# 09 avqust 2008 18:51 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun Balakən sərhəd-keçid məntəqəsindən verdiyi xəbərə görə, Gürcüstan sərhəd-keçid məntəqəsindən ölkənin 18-45 yaş arasında olan kişi vətəndaşılarının çıxışı yasaqlanıb.

Gürcüstandan Azərbaycana axın həddən artıq güclənib. Xüsusilə də Gürcüstandan olan azərbaycanlılar zəruri əşyalarını alaraq, ölkəni tərk edirlər.

Onların arasında Gürcüstanın bombalanmış ərazilərindən olan şəxslər də var.

Azərbaycanın Gürcüstanla sərhəd rayonlarının hüquq-mühafizə və sərhəd məntəqələrinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.

Qeyd edək ki, indiyə qədər Gürcüstan 30 minə qədər vətəndaşını döyüş bölgələrindən evokuasiya edib. Buna baxmayaraq, yüzlərlə mülki vətəndaş bu döyüşlərdə ölüb və yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR