Bank Of Baku

Son sutka ərzində “Qırmızı Körpü” istiqamətində Azərbaycana Gürcüstandan 300-400 nəfər keçib

Son sutka ərzində “Qırmızı Körpü” istiqamətində Azərbaycana Gürcüstandan 300-400 nəfər keçib
# 10 avqust 2008 08:51 (UTC +04:00)
İcra başçısı Azərbaycan tərəfə keçənlərin Gürcüstanda yaşayan soydaşlarımız olduğunu deyib. Onun sözlərinə görə, Gürcüstanda gərginlik yaranandan sonra “Qırmızı Körpü” Sərhəd Keçid Məntəqəsi bağlanmayıb. R. Hüseynov hazırda məntəqənin adi iş rejimində işlədiyini deyib. O, Qazax rayonunun Gürcüstanla sərhədində yerləşən Azərbaycan ərazilərində vəziyyətin normal olduğunu bildirib.

Gürcüstan-Azərbaycan sərhədinin Balakən rayonu ərazisində yerləşən sərhəd keçid məntəqəsində də gərginlik müşahidə olunub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Gürcüstandan Azərbaycana keçən mülki əhalinin sayında artım müşahidə olunub. Gürcüstan tərəfi isə 18-45 yaş arasında olan kişilərin sərhədi keçməsinə məhdudiyyət qoyub. Sərhədi keçənlər arasında azərbaycanlılarla yanaşı, gürcülər də var.

Qeyd edək ki, Rusiyanın Gürcüstan şəhərlərini bombalaması ilə əlaqədar yerli əhali ölkəni tərk etmək məcburiyyətində qalıb. Gürcüstan vətəndaşları Azərbaycandan başqa, Türkiyəyə də üz tuturlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR