Bank Of Baku

Rusiya hərbi gəmiləri Abxaziyanın Oçamçira limanına daxil olub, abxazlar isə Kodor dərəsi istiqamətində əməliyyata başlayıblar

Rusiya hərbi gəmiləri Abxaziyanın Oçamçira limanına daxil olub, abxazlar isə Kodor dərəsi istiqamətində əməliyyata başlayıblar
# 10 avqust 2008 09:42 (UTC +04:00)
Faktı separatçı Abxaziya rejiminin təmsilçiləri də təsdiqləyiblər. Onlar Rusiya gəmilərinin Gürcüstan gəmilərinin Abxaziya limanlarına daxil olmaq niyyətinin qarşısını aldığını qeyd ediblər.

Bu arada Abxaziya Silahlı Qüvvələri Gürcüstan sərhədindəki Qalsk rayonu istiqamətində cəmləşməyə başlayıb. Separatçı qurumun “Müdafiə Nazirliyi”ndən “İnterfaks”a Gürcüstanın Abxaziya ilə sərhəddə təxribatların səngimədiyi, Gürcüstanın bu ərazidə hərbçilərinin sayını artırdığı, müxtəlif istiqamətlərdə atəş açdığı bildirilib: “Buna görə də bu əraziyə əlavə qüvvələr göndərilir”.

Separatçı Abxaziyanın “Müdafiə Nazirliyi”ndən o da bildirilib ki, avqustun 10-da səhərdən abxaz hərbçiləri Kodor dərəsinin yuxarı hissəsini güclü atəşə tutmağa başlayıb. Məlumata görə, atəş zamanı aviasiya, “Qrad” və artilleriyadan istifadə olunur.

Qeyd edək ki, abxaz separatçıları avqustun 9-da gürcü qüvvələrinin Kodor dərəsinin şərq hissəsindən sıxışdırılması üçün əməliyyata başladıqlarını elan etmişdilər. Bu gün səhərdən başlayaraq isə abxaz artilleriyası gürcü mövqelərini atəşə tutmağa başlayıb.

Dünən gecə o da məlum olub ki, Abxaziya hakimiyyəti BMT-nin Gürcüstandakı missiyasının rəhbərindən Kodor dərəsindəki müşahidəçilərini geri çağırmağı xahiş edib.

Gürcüstan tərəfi isə Rusiya hərbi təyyarələrinin Kodor dərəsinə havadan zərbələr endirdiyi barədə açıqlama verib. Açıqlamada o da bildirilir ki, Rusiya təyyarələri bu gün səhər Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının cəmləşdiyi Zuqdidi rayonunun Urta kəndini bombalayıb.

Bundan başqa, Rusiya təyyarələri paytaxt Tiflisin ətrafındakı obyektlərə də havadan zərbələr endirib. Zərbələrin hərbi aerodroma və “Tbilaviastroy” zavoduna endirildiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR