Bank Of Baku

Cənubi Osetiya separatçıları Sxinvalidə öldürülmüş gürcü hərbçiləri arasında qaradərili muzdluların olduğu barədə məlumat yayıb

Cənubi Osetiya separatçıları Sxinvalidə öldürülmüş gürcü hərbçiləri arasında qaradərili muzdluların olduğu barədə məlumat yayıb
# 10 avqust 2008 10:41 (UTC +04:00)
Sxinvali – APA. Separatçı Cənubi Osetiya təmsilçiləri Gürcüstanın Sxinvaliyə hücumunda qaradərili muzdluların da iştirak etdiyi barədə məlumat yayıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” Cənubi Osetiyanın Moskvadakı təmsilçisi Dmitri Medoyevə istinadən xəbər verib. D. Medoev dağıdılmış Sxinvali küçələrində gürcü hərbçilərinin xeyli meyitinin olduğunu deyib: “Onların arasında zəncilər də var. Onlar ya muzdlular, ya da gürcü hərbçilərin təlimatçılarıdırlar”.

Separatçıların lideri Eduard Kokoytı da bir qədər əvvəl gürcülərin tərəfində muzdluların döyüşdüyünü bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR