Bank Of Baku

Ukrayna Gürcüstana humanitar yardım göndərəcək

Ukrayna Gürcüstana humanitar yardım göndərəcək
# 10 avqust 2008 11:16 (UTC +04:00)
Kiyev - APA. Ukrayna Cənubi Osetiya ilə münaqişədə zərər çəkmiş Gürcüstanın mülki əhalisinə humanitar yardım göstərəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Viktor Yuşşenko bununla bağlı fərman imzalayıb. Prezident hökumətə 3 gün ərzində humanitar yardımın Gürcüstana çatdırılmasını təmin etməyi tapşırıb. Müharibədən zərər çəkmiş gürcü əhalisinə tibbi ləvazimatlar və ərzaq göndəriləcək.

Rusiya isə öz növbəsində, Cənubi Osetiyaya 120 ton miqdarında humanitar yardım yola salıb. 30 maşından ibarət karvan Sxinvaliyə ərzaq məhsulları aparır.

Bundan başqa, son bir sutka ərzində Cənubi Osetiyadan olan qaçqınlar üçün Vladiqafqaza təyyarələrlə bir neçə dəfə yardım göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR