Bank Of Baku

Gürcüstan atəşkəs elan etməsi haqqında notanı Rusiyaya təqdim edib

Gürcüstan atəşkəs elan etməsi haqqında notanı Rusiyaya təqdim edib
# 10 avqust 2008 18:30 (UTC +04:00)
Sənəddə həmçinin qeyd olunub ki, müharibə bölgəsində bütün silahlı qoşun növlərinin geri çəkilməsi zəruridir. Gürcüstan həmçinin yaralıların və mülki əhalinin hərbi bölgədən çıxması üçün humanitar dəhliz açdığını qeyd edib.

Gürcüstan notada həmçinin Rusiya ilə danışıqlara başlamağa hazır olduğunu da vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi notanın onlara çatdığını təsdiqləsə də, Gürcüstanın hələ də Cənubi Osetiya ərtrafında atəşi kəsmədiyini bildirib. “Nota Tiflisdəki səfirliyimizə çatsa da, gürcülər Cənubi Osetiyada hərbi əməliyyatları saxlamayıblar”. Buni isə Rusiya XİN-in səlahiyyətli nümayəndəsi “İnterfaks”a deyib.

Separatçı Abxaziya rejimi də gürcü qoşunlarının mövqelərini bombalamaqda davam edir. Kador dərəsində əməliyyatlara başlayan abxazlara dəstək olmaq üçün isə Rusiya hərbi gəmilərini göndərib.

Abxazların separatçı rejimi gürcü mövqelərinin toplar və qırıcı təyyarələrlə bombaladığını təsdiqləyib.

Rusiya Hərbi Dəniz Donanmasına aid gəmiləri isə Qara dənizə çıxarıb. Gürcüstanın dəniz sərhədini mühasirəyə alan Rusiya gəmilərə Gürcüstana "silah və əsgəri donamanın daxil olmasına mane olmaq” əmri verib.

Dünya isə Gürcüstanda baş verənlərə yalnız bəyanatlarla münasibət bildirməklə kifayətlənir. ABŞ prezidenti Corc Buş ölkəsinin Gürcüstana hər hansı hərbi yardım göstərməyə hazırlaşmadığını bildirib

Avropa Birliyinə hazırda sədrlik edən Fransanın xarici işlər naziri Bernard Kouçner, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Ştubb bölgəyə gələrək, Gürcüstan və Rusiyada danışıqlar aparacaqlar.

Hərbi əməliyyatlar nəticəsində yaralanan mülki şəxslərin və jurnalistlərin sayı isə artır. Bir qrup rus jurnalistinin ardından bölgədə çəkiliş aparan türk jurnalistləri də zərər çəkiblər. Türkiyə jurnalistlərinin maşını atəşin altına düşüb və “Kanaltürk”ün müxbiri Rəcəb Öztürk yaralanıb, digərləri isə yüngül xəsarət alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR