Bank Of Baku

Rusiya hərbi aviasiyası Gürcüstanın şəhərlərinə növbəti zərbələr endirib

Rusiya hərbi aviasiyası Gürcüstanın şəhərlərinə növbəti zərbələr endirib
# 11 avqust 2008 09:09 (UTC +04:00)
Maxata dağında Gürcüstanın mərkəzi radar sisteminin məntəqəsi yerləşir. Daxili İşlər Nazirliyinin analitik xidmətinin rəhbəri Şota Utiaşvili bombardmanı təsdiqləsə də, radar məntəqəsinə zərər dəyib-dəymədiyi haqda heç nə deməyib. Tiflislə eyni vaxtda Kaxeti rayonu da bombardmana məruz qalıb. Rusiya aviasiyasının hədəfi Dedopliskari rayonunda yerləşən hərbi aerodrom olub. Vaxtilə Rusiya hərbi hissəsinin istifadə etdiyi bu aerodrom artıq 15 ildir fəaliyyət göstərmir. Aerodromun uçuş zolağına 12 bomba düşüb. Ölən və yaralanan yoxdur. Rusiya təyyarələri Acarıstanın Xelvaçauri rayonunun Şarabidzebi, Maxvilauri kəndləri və Xelvaçauri qəsəbəsini də bombalayıb. Türkiyə sərhədlərinin 14 kilometrliyində yerləşən Maxvilauri kəndində bir neçə avtobus və bir yaşayış evi zərər çəkib. Ölən və yaralana olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR