Bank Of Baku

Kaxa Kaladze: “Gürcüstanın NATO-ya və Avropaya can atması Rusiyanın xoşuna gəlmir”

Kaxa Kaladze: “Gürcüstanın NATO-ya və Avropaya can atması Rusiyanın xoşuna gəlmir”
# 11 avqust 2008 10:44 (UTC +04:00)
Milan – APA. “Mən günahsız insanların səbəbsiz yerə ölməsindən çox narahatam. Sadə Rusiya vətəndaşlarının bunda bir qəbahəti yoxdur. Baş verənlərə görə siyasətçilər məsuliyyət daşımalıdır”. APA-nın məlumatına görə, bunu İtaliyanın “La Gazetta Dello Sport” qəzetinə müsahibəsində “Milan” futbol komandasının gürcü müdafiəçisi Kaxa Kaladze deyib. K. Kaladze Gürcüstanın heç bir səbəb olmadan hücuma məruz qaldığını deyib: “Rusiya bütün dünyaya müharibə yaymaq əvəzinə, sülhə can atmalıdır. Gürcüstanın NATO-ya və Avropaya can atması onların xoşuna gəlmir. Amma ümid edirəm ki, tərəflər kompromisə gələcək və axan qan dayanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR