Bank Of Baku

Dmitri Medvedev: “Cənubi Osetiyada aparılan hərbi əməliyyatın əsas hissəsi başa çatıb”

Dmitri Medvedev: “Cənubi Osetiyada aparılan hərbi əməliyyatın əsas hissəsi başa çatıb”
# 11 avqust 2008 12:37 (UTC +04:00)
Moskva – APA. Rusiya prezidenti Dmitri Medvedev Cənubi Osetiyada aparılan hərbi əməliyyatın əsas hissəsinin başa çatdığını və Sxinvalinin nəzarətə götürüldüyünü açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, D. Medvedev Rusiya sülhməramlılarının bundan sonra da ölkə vətəndaşlarının müdafiəsi üçün lazımi addımları atacağını deyib. Xatırladaq ki, Cənubi Osetiya əhalisinin təxminən 90 faizi Rusiya vətəndaşıdır.
Qeyd edək ki, D. Medvedev avqustun 9-da Cənubi Osetiyada “sülhə məcburetmə əməliyyatı”na başladıqlarını açıqlamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR