Bank Of Baku

Gürcüstan Beynəlxalq Tribunalda Rusiyaya qarşı iddia qaldırmağa hazırlaşır

Gürcüstan Beynəlxalq Tribunalda Rusiyaya qarşı iddia qaldırmağa hazırlaşır
# 11 avqust 2008 12:44 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan hökuməti Haaqada yerləşən Beynəlxalq Tribunalda Rusiyaya qarşı iddia qaldırmağa hazırlaşır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan daxili işlər nazirinin müavini Eka Zquladze deyib. O, iddiada 1992-ci ildə Abxaziyada gürcülərə qarşı törədilən soyqırımın, indiki hadisələrin və Rusiyanın Gürcüstan ərazisindəki əməllərinin əksini tapacağını deyib.
Qeyd edək ki, Rusiya hakim dairələri də Gürcüstanı Cənubi Osetiyada soyqırım törətməkdə ittiham edərək Haaqa və Strasburq məhkəmələrində iddia qaldıracaqlarını bildiriblər. Hazırda Rusiya Prokurorluğu yanında İstintaq Komitəsi bununla bağlı faktlar toplayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR