Bank Of Baku

Vladimir Putin: “ABŞ gürcü-osetin münaqişəsi zonasında sülhməramlı əməliyyat keçirməyimizə mane olur”

Vladimir Putin: “ABŞ gürcü-osetin münaqişəsi zonasında sülhməramlı əməliyyat keçirməyimizə mane olur”
# 11 avqust 2008 13:25 (UTC +04:00)
Moskva – APA. “ABŞ İraqdakı gürcü hərbi kontingentini hərbi nəqliyyat təyyarələri ilə Gürcüstana göndərməklə gürcü-osetin münaqişəsi zonasında sülhməramlı əməliyyat keçirilməsinə mane olur”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Vladimir Putin hökumət rəyasətinin iclasında deyib. O bildirib ki, Rusiyanın Cənubi Osetiyada həyata keçirdiyi sülhməramlı missiya məntiqi sonluğa qədər davam edəcək. V. Putin münaqişənin bütün tərəfləri, o cümlədən Gürcüstanla işgüzar münasibətlər qurulacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR