Bank Of Baku

Avropa Şurasının baş katibi və Nazirlər Komitəsinin sədri Tiflisə səfər edəcək

Avropa Şurasının baş katibi və Nazirlər Komitəsinin sədri Tiflisə səfər edəcək
# 11 avqust 2008 15:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri, İsveçin xarici işlər naziri Karl Bildt və AŞ-nin baş katibi Terri Devis bu gün Gürcüstana səfər edəcəklər. AŞ-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, onlar münaqişənin sülh yolu ilə həllinin tapılması üçün göstərilən beynəlxalq cəhdlərə töhfə vermək üçün Gürcüstan hakimiyyəti ilə danışıqlar aparacaqlar.

Qeyd edək ki, AŞ PA prezidenti Luis Maria de Puç AŞ-nin iki üzv dövləti olan Gürcüstan və Rusiya arasında baş verən irimiqyaslı hərbi əməliyyatlarla bağlı narahatlığını ifadə edib. O, münaqişə zonasında meydana gələn irimiqyaslı fəlakətlərdən təəssüfləndiyini, Rusiyanın sülhməramlı mandatından son dərəcə uzaq olan hərbi fəaliyyətindən narahat olduğunu vurğulayıb.

AŞ PA prezidenti tərəfləri hərbi əməliyyatları dayandırmağa və siyasi dialoqa başlamağa, Rusiyanı isə Cənubi Osetiyadakı mandatından kənara çıxan fəaliyyətini dayandırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR