Bank Of Baku

Rusiya qoşunları Senakidən çıxıb, Qori və Poti şəhərlərini isə tutmayıb

Rusiya qoşunları Senakidən çıxıb, Qori və Poti şəhərlərini isə tutmayıb
# 12 avqust 2008 08:02 (UTC +04:00)
Açıqlamada bildirilir: “Rusiya sülhməramlıları və onlara dəstək üçün göndərilmiş hərbi hissələr Gürcüstanın Senaki rayonundan Cənubi Osetiyanın və sülhməramlıların mövqelərinin atəşə tutulması ilə bağlı təhlükəni ləğv etdikdən sonra bu şəhərdən çıxıblar”. Avqustun 11-də axşam və 12-nə keçən gecə rus qoşunlarının Qori və Poti şəhərlərini də ələ keçirdikləri və Tiflisə yönəldikləri barədə həyəcanlı xəbərlər yayılıb. Paytaxtda şayiələr yayılıb ki, rus tankları Msxeta rayonu tərəfdən Tiflis ətrafına yaxınlaşır. Gürcüstanın müdafiə naziri David Kezeraşvili prezidentə məruzə edib ki, Rusiya qoşun qruplaşmalarının əsas hissəsi Tiflis ətrafında mövqe tutub. Ancaq Mixail Saakaşvili Qorinin ələ keçirildiyi və Tiflisə hücum başladığı barədə xəbərləri təkzib edib: “Tiflis yaxınlığında müşahidə edilən tanklar gürcü tanklarıdır və Qori istiqamətinə gedir. Qori tutulmayıb”. M. Saakaşvili Tiflisə təhlükə olmadığını bildirərək əhalini sakitliyə çağırıb. Gecə yarısı canlı efirdə çıxış edən Gürcüstanın baş naziri Lado Qurgenidze isə Rusiya hərbçilərinin Poti şəhərinə daxil olduğunu bildirib. Ancaq Rusiya Müdafiə Nazirliyi bunu təkzib edərək şəhərə yalnız qısa müddətə kəşfiyyatçıların daxil olduğunu və bir qədər sonra çıxdığını açıqlayıb. Rusiya MN-dən bildiriblər ki, ölkənin sülhməramlı kontingenti gürcü-osetin və gürcü-abxaz münaqişəsi zonalarında dislokasiya olunub və Tiflisə irəliləmək planları yoxdur: “Sülhməramlıların məqsədi Gürcüstanın Cənubi Osetiyaya təkrar təcavüzü ehtimalının qarşısını almaqdır. Gürcüstan rəhbərliyinin yaydığı şayiələr isə həqiqətə uyğun deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR