Bank Of Baku

Corc Buş: “Rusiyanın hərəkətləri qəbuledilməzdir”

Corc Buş: “Rusiyanın hərəkətləri qəbuledilməzdir”
# 12 avqust 2008 08:24 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ prezidenti Corc Buş Rusiyanın Gürcüstana qarşı hərəkətlərinin qəbuledilməz olduğunu bildirib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, C. Buş deyib ki, Rusiyanın xalq tərəfindən seçilmiş gürcü hökumətini devirməyə cəhd göstərdiyinə dair təsəvvür yaranır: “Bu hərəkətlər Rusiyanın dünyadakı mövqelərini ciddi şəkildə sarsıdır, bu ölkənin ABŞ və Avropa ilə münasibətlərini təhlükə altında qoyur”. C. Buşun sözlərinə görə, Gürcüstan hökuməti atəşkəs şərtlərini qəbul edib, Rusiya isə yox: “Rusiya hökuməti münaqişənin həllinə doğru ilk addım kimi atəşkəsi qəbul etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR