Bank Of Baku

Metyu Brayza Rusiyanı tənqid edib

Metyu Brayza Rusiyanı tənqid edib
# 12 avqust 2008 08:50 (UTC +04:00)
Tiflis – APA. “Rusiya dərhal atəşi dayandırmalıdır”. APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, bu bəyanatla prezident Corc Buşun tapşırığı ilə Tiflisə gəlmiş dövlət katibinin müavininin köməkçisi Metyu Brayza çıxış edib. O bildirib ki, Rusiya hərbçiləri çoxdan hərbi intervensiya hazırlayırdılar və müvafiq infrastruktur yaradılması üçün dəmir yolu qoşunlarının Abxaziyaya yeridilməsi bunun sübutudur: “Biz bu gün Sxinvalidə soyqırım törədildiyinə dair Rusiya tərəfdən təəccübləndirici bəyanatlar eşidirik. Orada iki tərəf arasında döyüş olub və faciə baş verib. Onlar nəyin əsasında soyqırımdan danışırlar, bəlli deyil. Kremlin bəyanatları Gürcüstanı işğal edən hərbçilərin fəaliyyəti ilə üst-üstə düşmür”. M. Brayza Rusiya qoşunlarının Rok tunelindən keçərək Cənubi Osetiyaya daxil olmasından sonra Gürcüstan ordusunu hərbi əməliyyatlara başladığını söyləyib: “Əgər Rusiya doğrudan da Cənubi Osetiya və Abxaziyadakı vətəndaşlarını müdafiə edirsə, onda münaqişə zonasından uzaqda olan Gürcüstan ərazilərini niyə bombalayır?” Rusiya tərəfinin ABŞ-ı rejim dəyişikliyi praktikası yaratmaqda ittiham etməsi M. Brayzanı qəzəbləndirib: “Biz İraqda BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında fəaliyyət göstərirdik. Bəs Rusiya nəyin əsasında fəaliyyət göstərir? Saakaşvili demokratik yolla Gürcüstan əhalisi tərəfindən prezident seçilib. Mən ABŞ prezidenti və dövlət katibinin tapşırığı ilə Gürcüstan xalqının seçimini alqışlamaq üçün buradayam”. M. Brayza Gürcüstandan dəfələrlə güclü və böyük olan bir dövlətin bu ölkəyə hücumunun amansız olduğunu bildirərək bəyan edib ki, sülhün dəstəklənməsi üzrə beynəlxalq sülhməramlı qüvvələrin yaradılmasının zamanı çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR