Bank Of Baku

Rusiya Federal Təhlükəsizlik Xidməti yüksək rütbəli gürcü kəşfiyyatçısının həbs olunduğu barədə açıqlama yayıb

Rusiya Federal Təhlükəsizlik Xidməti yüksək rütbəli gürcü kəşfiyyatçısının həbs olunduğu barədə açıqlama yayıb
# 12 avqust 2008 10:17 (UTC +04:00)
Moskva – APA. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Gürcüstan xarici kəşfiyyat idarəsinin rəis müavininin həbs olunduğu barədə açıqlama yayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, həbs olunan 9 gürcü casusundan biri – Xerkeladze adlı bir nəfər Gürcüstan kəşfiyyat xidmətinin idarə rəisinin müavini olduğunu, bu il Rusiyaya göndərildiyini və yerli vətəndaş olan casusun köməyi ilə Rusiya pasportu əldə etdiyini bildirib. O, Şimali Qafqazdakı Rusiya qoşunları haqqında kəşfiyyat məlumatları toplayıb, Cənubi Osetiya separatçılarının başçısı Eduard Kokoytının fəaliyyətini izləyib və bölgədəki sosial-siyasi vəziyyəti öyrənib. Həbs olunan digər şəxs - Xaçirov soyadlı Rusiya vətəndaşı isə 2004-cü ildə Gürcüstan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub. Avtomobilinə xüsusi casusa texnikası yerləşdirilmiş Xaçirov Şimali və Cənubi Osetiya arasındakı nəzarət-buraxılış məntəqəsini, Rok tunelinin mühafizə sistemini, 58-ci Rusiya ordusunun obyektlərini gizlicə lentə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR