Bank Of Baku

Rusiya Mixail Saakaşvili ilə danışıqlar aparmayacaq

Rusiya Mixail Saakaşvili ilə danışıqlar aparmayacaq
# 12 avqust 2008 11:05 (UTC +04:00)
Moskva – APA. Rusiya Gürcüstan prezidenti Mixail Saakaşvili ilə danışıqlar aparmayacaq. APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stabbla birlikdə keçirdiyi mətbuat konfransında deyib. O, M. Saakaşvilinin Rusiya vətəndaşlarına qarşı cinayət törətdiyini və hər zaman özünü haqlı saydığını bildirib: “Tövləyə doldurulmuş qızları yandıran Saakaşvili Amerika dəyərlərini müdafiə etdiyini deyir. Hesab edirik ki, o, bizim tərəfdaşımız ola bilməz. Biz gürcü xalqına dərin hörmət bəsləyirik və bu xalqın müdriklik nümayiş etdirməsini gözləyirik”. S. Lavrov gürcü sülhməramlılarının gürcü-osetin münaqişəsi zonasında qalmasını istəmədiklərini söyləyib: “Onlar sülhməramlı kontingentdə birgə xidmət etdikləri dostlarını güllələyərək cinayətə yol veriblər”. Rusiyalı nazir bəyan edib ki, Gürcüstanda Cənubi Osetiyanın atəşə tutulduğu bütün regionlar hərbsizləşdirilməlidir. O, Cənubi Osetiyada baş verənlərin araşdırılması xahişi ilə beynəlxalq tribunala müraciət etməyə hazırlaşdıqlarını da əlavə edib: “Gürcüstanda cinayətkar əmrləri kimin verdiyini öyrənmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR