Bank Of Baku

Beynəlxalq Böhran Qrupu Gürcüstanla Rusiya arasındakı hərbi münaqişə ilə bağlı bəyanat yayıb

Beynəlxalq Böhran Qrupu Gürcüstanla Rusiya arasındakı hərbi münaqişə ilə bağlı bəyanat yayıb
# 12 avqust 2008 11:49 (UTC +04:00)
Sənəddə bildirilir ki, Rusiyanın Gürcüstana hücumu heç bir hüquqi əsasa söykənmir, vətəndaşların qorunmasına xidmət etmir: “Bu hücum Rusiyanın Gürcüstana qarşı niyyətlərinə böyük şübhə yaradır. Rusiyanın son addımları Gürcüstanın vahid dövlət kimi fəaliyyət göstərmək imkanlarının dağılmasına yönəlmiş kimi görünür. Rusiya Avropa İttifaqının sədri, Fransanın xarici işlər naziri Bernar Kuşner və ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər nazirləri Aleksandr Stabb tərəfindən hazırlanmış sülh təklifini dərhal imzalamalıdır. Beynəlxalq birliklər, xüsusilə ABŞ və Avropa İttifaqı Rusiyanın beynəlxalq hüquq normalarını pozmasına dair bəyanat verməlidir. Bəyanatda bildirilməlidir ki, Rusiya Gürcüstandan, Cənubi Osetiya və Abxaziyadan qoşunlarını çıxarmalıdır. Əks halda, rəsmi Moskvanın diqqətinə çatdırılmalıdır ki, Rusiya ilə Avropa ittifaqı və ABŞ arasında əlaqələr pozula bilər. Bu bəyanat Rusiya prezidentinə və baş nazirinin də diqqətinə çatdırılmalıdır”. Düşmənçiliyin birdəfəlik aradan qaldırılmasının vacibliyini qeyd edən BBQ danışıqların Rusiya, Gürcüstan, Cənubi Osetiya və Abxaziya arasında aparılmalı olduğunu qeyd edib: “Tərəflər sülh və atəşkəsin bərpasına dair sənəd imzalamalı, qaçqınların öz yerlərinə qayıtmasını, onlara humanitar yardım göstərilməsinin təmin etməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR