Bank Of Baku

Nikola Sarkozi: “Rusiya öz gücündən sülh naminə istifadə etməlidir”

Nikola Sarkozi: “Rusiya öz gücündən sülh naminə istifadə etməlidir”
# 12 avqust 2008 13:42 (UTC +04:00)
Moskva – APA. “Rusiyanın öz soydaşlarının və ölkə xaricindəki rusdillilərin hüquqlarını müdafiə etmək istəməsi tamamilə normaldır. Ancaq beynəlxalq ictimaiyyətin Gürcüstanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü müdafiə etmək istəməsi də normaldır”. Bu sözləri Moskvada Rusiya prezidenti Dmitri Medvedevlə görüşündə Fransa prezidenti Nikola Sarkozi deyib. N. Sarkozi bildirib ki, Rusiya öz gücündən sülh naminə istifadə etməlidir: “Mən məhz buna görə Moskvaya gəlmişəm”. Fransa prezidenti Rusiyanın hərbi əməliyyatları başa vurmasını bəyan etməsini yaxşı xəbər adlandırıb: “Bu, bizim gözlədiyimiz xəbərdir. İndi həqiqi atəşkəsə nail olmaq lazımdır”. N. Sarkozi atəşkəsin dəqiq vaxtını müəyyən etməyin zəruriliyini vurğulayıb.
D. Medvedev isə problemin həllinin müzakirəsinə iki şərt daxilində hazır olduqlarını açıqlayıb: “Birincisi, bütün gürcü qoşunları əvvəlki dislokasiya yerlərinə qayıtmalı və bu qüvvələrin qismən demilitarizasiyası həyata keçirilməlidir. İkincisi, güc tətbiq etməmək barədə hüquqi öhdəlikləri əks etdirən müqavilə imzalanmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR