Bank Of Baku

Dağıstanın cənubunda 10 yaraqlı öldürülüb

Dağıstanın cənubunda 10 yaraqlı öldürülüb
# 17 sentyabr 2008 07:37 (UTC +04:00)
Mahaçqala – APA. Dağıstanın cənubunda keçirilən antiterror əməliyyatı zamanı 10 yaraqlı öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri tərəfindən keçirilib. FTX əməkdaşları Tabasaran rayonundan “QAZel” mikroavtobusu ilə qonşu rayonlara gedən bir qrup silahlı şəxsin qarşısını kəsiblər. Döyüş zamanı yaraqlılar məhv edilib, 1 FTX əməkdaşı isə həlak olub. Terrorçuların federal axtarışda olan Novruzovun və sentyabrın 10-da öldürülmüş Rəhimxanovun dəstəsinə aid olduğu bildirilir. Antiterror əməliyyatı davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR