Bank Of Baku

Avtomobilin partlaması nəticəsində 3 nəfər ölüb

Avtomobilin partlaması nəticəsində 3 nəfər ölüb
# 25 noyabr 2008 08:39 (UTC +04:00)
Sankt-Peterburq-APA. Noyabrın 25-də Peterburqda “Lada-Priora” avtomobilinin partlaması nəticəsində 3 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Udelnaya” metrostansiyasının yaxınlığında baş verən partlayışda ölənlərdən biri 2 yaş 6 aylıq uşaq, biri isə qadındır. Daha bir nəfər isə xəsarət alıb, onun vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, ölənlər partlayış baş verərkən maşında olublar.

“İnterfaks”ın məlumatına görə, fərdi avtomobilindən taksi kimi istifadə edən şəxs maşına iki sərnişin götürüb. Hadisənin də sərnişinlərdən birində olan partlayıcının işə düşməsi nəticəsində baş verdiyi ehtimal edilir. Məlumatda o da bildirilir ki, avtomobildə qumbara partlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR