Bank Of Baku

Cənubi Osetiya separatçıları Gürcüstan və Polşa prezidentlərinə atəş açdıqlarını etiraf ediblər

Cənubi Osetiya separatçıları Gürcüstan və Polşa prezidentlərinə atəş açdıqlarını etiraf ediblər
# 25 noyabr 2008 12:13 (UTC +04:00)
APA-nın məlumatına görə, separatçıların “mətbuat və informasiya naziri” İrina Qaqloyeva hadisə ilə bağlı “Kommersant” qəzetinə açıqlamasında bildirib ki, Mixail Saakaşvili və Lex Kaçinski sərhəd postuna yaxınlaşıblar və onların mühafizəçiləri Axalqoriyə (Cənubi Osetiya) getmək istədiklərini deyiblər: “Onlara sərt şəkildə cavab verilib ki, olmaz. Bu zaman maşınlardan biri posta doğru bir neçə metr irəliləyib. Bundan sonra avtomatdan havaya atəş açılıb”.

Xatırladaq ki, indiyədək Rusiya rəhbərliyi və separatçılar insident zamanı onlar tərəfdən atəş açılmadığını bəyan edirdilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov olayı gürcü tərəfinin provokasiyası adlandırmış, separatçı rejimin başçısı Eduard Kokoytı isə hər hansı atışmanın baş vermədiyini söyləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR