Bank Of Baku

Ermənistanın Spitak şəhərindəki meydanların birinə Viktor Yanukoviçin adı veriləcək

Ermənistanın Spitak şəhərindəki meydanların birinə Viktor Yanukoviçin adı veriləcək
# 25 noyabr 2008 12:59 (UTC +04:00)
İrəvan – APA. Ermənistanın Spitak şəhərindəki meydanların birinə Ukrayna Regionlar Partiyasının lideri Viktor Yanukoviçin adı veriləcək. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, şəhər sakinləri bu qərarı Ukraynanın keçmiş baş nazirinə göndərdikləri məktubda açıqlayıblar: “Ermənistanda sizin dəhşətli zəlzələdən zərər çəkənlərə, xüsusən də Spitak şəhərinə göstərdiyiniz yardımları yaxşı xatırlayırlar. Erməni xalqı adından sizə və bütün Ukrayna xalqına şəhərin bərpasında iştirakınıza görə minnətdarlığımızı bildiririk”. Məktubda söhbət 20 il əvvəl – 1988-ci il dekabrın 7-də Ermənistanda baş verən və Spitak, Gümrü kimi şəhərlərin tamamilə dağılması ilə nəticələnən zəlzələdən sonra V. Yanukoviçin ermənilərin köməyinə yetişməsindən bəhs edilir. Həmin vaxt V. Yanukoviç Donetsk vilayətindəki “Donbassremont” İstehsalat Birliyinin baş direktoru olub. Kömür mədənlərində baş verən qəzaların nəticələrinin aradan qaldırılması işində ciddi təcrübəsi olan V. Yanukoviç bu təcrübəsini Spitakda da göstərib. O, Donetsk Vilayət Avtomobil Nəqliyyatı Birliyinin baş direktoru və vilayət administrasiyasının sədr müavini vəzifələrində çalışarkən də Ermənistana köməyini əsirgəməyib. Spitak sakinləri ukraynalı siyasətçini dekabrın 5-8-də zəlzələnin 20 illiyi münasibətilə bu şəhərdə və İrəvanda keçiriləcək tədbirlərə dəvət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR