Bank Of Baku

Rusiya XİN-də Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Rusiya XİN-də Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
# 25 noyabr 2008 14:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Rusiya xarici işlər nazirinin müavini Griqori Karasin və ABŞ-ın Rusiyadakı səfiri Con Bayerli Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıblar. APA-nın Rusiya XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Moskvada keçirilən görüşdə Cənubi Qafqaz regionunda cari vəziyyət müzakirə olunub, Cənubi Osetiya və Abxaziyaya bitişik zonalarda gərginliyin azadılmasının vacibliyi qeyd olunub.

Tərəflər Cenevrədə Qafqazda stabillik və təhlükəsizlik məsələlərinə dair diskussiyaların ikinci raundunun nəticələri, Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin nizamlanması və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR